Mobil cihaz, planşet, televizor
- Ekran
- Plata (iPhone-a şamil edilmir)
| Müddət | Ödəniş üsulu | Ödəniləcək |
| 1 il (bir il) |
Nağd |
8 % |
| 1 il (bir il) |
Hissəli alış |
12 % |
| Dövr | Kompensasiya faizi |
| 1-3 ay | 75 % |
| 4-5 ay | 60 % |
| 6-7 ay | 45 % |
| 8-9 ay | 50 % |
| 10-11 ay | 15 % |
| 12 ay | 5 % |
Məhsulun təmir müddəti 14 iş günü, ehtiyat hissə olmadıqda isə 45 iş gününə qədər uzadıla bilər.
Məhsulun mexaniki zədələnməsi və ya maye keçməsi halında təmir Barkod servisi tərəfindən həyata keçirilir və ya kompensasiya olunur.
Qızıl zəmanət istehsalçı qüsurlarına deyil, mexaniki zədələrə və istifadə zamanı baş verən hallara (ekran sınması, maye keçməsi, plata zədələnməsi və s.) şamil olunur.
Zədələnmiş hissə yalnız 1 dəfə dəyişdirilə və ya təmir oluna bilər.
Hissəli ödənişlə alınan məhsullarda öhdəlik yerinə yetirilmədiyi halda zəmanət qüvvədən düşür.
Gecikmiş ödəniş bərpa olunduqda zəmanət yenidən aktivləşir.
Təmir olunmuş hissəyə 30 təqvim günü zəmanət verilir.
Rəsmi servis icranı 3-cü tərəfə ötürə bilər; bu halda məsuliyyət Barkod şirkətinin üzərində qalır.
Rəsmi servisdən kənar müdaxilə (başqa usta, müştəri və s.) aşkar olunarsa zəmanət ləğv olunur.
Təmir üçün təqdim edilən məhsulun yararlılıq dərəcəsi yalnız rəsmi servis tərəfindən müəyyən olunur.
Müştəri cihazdakı məlumatları öz vəzifəsi kimi köçürməlidir; servis məlumat itkisindən məsuliyyət daşımır.
Təmir olunmuş məhsul 90 gün ərzində götürülməzsə, servis saxlanma haqqı tələb edə bilər.
Barkod şirkəti bu şərtləri dəyişmək və ya əlavələr etmək hüququnu özündə saxlayır.
- Korpus
- Batareya
- Aksesuarlar
- SIM kart yuvası
- Adapter, birləşdirici kabel
- Hesab (şəxsi hesab) kod açılması
- Kənar şəxslərin müdaxiləsi
Standart zəmanət müddətindən əlavə olaraq 1 və ya 2 ilədək uzadılmış texniki xidmət göstərilir.
Məhsulda istehsal qüsurları aşkar olunduqda, həmin qüsurlar ödənişsiz aradan qaldırılır.
Məhsulun istifadə qaydaları və texniki xidmətlə bağlı suallara cavab verən çağrı mərkəzi xidməti mövcuddur.
Məhsulun təmiri mümkün olmadıqda, Barkod mağazalar şəbəkəsində müştəriyə həmin məhsulun satış müqaviləsində göstərilən məbləğə uyğun yeni məhsul təqdim olunur.
VİP zəmanət müddətində xidmət, istehsalçı tərəfindən müəyyən edilmiş zəmanət şərtləri əsasında göstərilir.
Soyuducu : kompressor, ventilyator mühərriki, sensor, klapanlar, vaxt tənzimləyici, termostat
Paltaryuyan : mühərrik, silindr (baraban), çən, nasos, qızdırıcı
Qabyuyan : mühərrik, silindr (baraban), çən, nasos, qızdırıcı, sensor, su sayğacı
Bişirmə avadanlıqları : alışdırma bloku, ventillər, birləşdirici
Aspirator : mühərrik, idarəetmə düymələri, qapaq tənzimləmə mexanizmi
Kondisioner : kompressor, dörd yollu klapan, kapilyar boru, radiator, sensor, addım mühərriki
TV : qida bloku, lent birləşdiricilər, Wi-Fi modulu
Monitor : sensor, idarəetmə bloku
Quruducu : mühərrik, nasos, qapı kilidi, qızdırıcı, sensorlar, silindr (baraban), sayğac, kompressor
Kombi : nasos, klapan, sensorlar, qaz ventili, yanma kamerası, istilik dəyişdiricisi, ventilyator mühərriki
Tozsoran : mühərrik
Notbuk : sərt disk (HDD yaddaş), operativ yaddaş, optik disk oxuyucu
Ev kinoteatrı : idarəetmə bloku, disk oxuyucu
Soundbar : idarəetmə bloku
Musiqi mərkəzi : idarəetmə bloku, disk oxuyucu
Qəhvə dəmləyən : üyüdücü blok, qızdırıcı
Ətçəkən : mühərrik, ötürücü reduktor
Buxar generatorlu ütü : nasos, qızdırıcı, su çəni, klapan, idarəetmə bloku
- Samsung markalı soyuducu, paltaryuyan, qabyuyan, kondisioner, soba, bişirmə paneli, mikrodalğalı soba və aspiratorlara əlavə 2 il zəmanət tətbiq olunur.
- LG markalı soyuducu, paltaryuyan, qabyuyan, kondisioner, soba, bişirmə paneli, mikrodalğalı soba və aspiratorlara əlavə 2 il zəmanət tətbiq olunur.
- Bosch markalı soyuducu, paltaryuyan, qabyuyan, quruducu, soba, bişirmə paneli, kondisioner, mikrodalğalı soba və aspiratorlara əlavə 2 il zəmanət tətbiq olunur.
- Digər brendlər üzrə kondisioner, TV, kombi, tozsoran, ev kinoteatrı, soundbar, musiqi mərkəzi, qəhvə dəmləyən və buxar generatorlu ütülərə istehsalçının təqdim etdiyi zəmanət müddəti qədər əlavə zəmanət verilir.
- Zəmanət və pulsuz texniki xidmət məhsulun aksesuarlarına (asanca ayrılan və ayrıca istifadə edilə bilən hissələrə) şamil edilmir.
- Məişət istifadəsi üçün nəzərdə tutulan məhsullar sahibkarlıq fəaliyyəti və ya təyinatına uyğun olmayan digər məqsədlərlə istifadə olunduqda zəmanət qüvvədən düşür.
- Məhsulda Barkod şirkətinin rəsmi servisindən kənar təmir cəhdi və ya müdaxilə aşkar edilərsə, zəmanət etibarsız sayılır.
- Naməlum səbəblərdən, xoşagəlməz hadisələr, ehtiyatsızlıq və ya üçüncü şəxslərin müdaxiləsi nəticəsində yaranan zədələnmələr zəmanətə daxil deyil.
- Rütubət, yüksək və ya aşağı temperatur, korroziya, oksidləşmə və ya məhsulun içərisinə yad cisimlərin daxil olması nəticəsində yaranan zədələr zəmanətə daxil deyil.