"Barkod" mağazalar şəbəkəsi 2019-cu ildə yaradılmış, Azərbaycanda elektronika və məişət texnikası sahəsində sürətlə inkişaf edən aparıcı satış və xidmət şəbəkəsidir. Şirkətimiz müştərilərinə keyfiyyətli və innovativ məhsullar təqdim etməklə, rahat və sərfəli alış-veriş imkanı yaradır.
Barkod mağazaları Siyəzən, Şabran, Xudat, Zaqatala, Tovuz, Qazax və Beyləqan rayonlarında fəaliyyət göstərir. Bu geniş satış şəbəkəsi müştərilərimizin daha əlçatan və rahat xidmət almasını təmin edir.
Müştərilərimiz həm nağd, həm hissəli ödəniş, həm də taksit kartları ilə rahat və sərfəli alış-veriş edə bilərlər.
Şirkətimiz Apple, Xiaomi, Samsung, Honor, İnfinix, Tecno, Bosch, Tefal, Fakir, İndesit, Beko, JBL, Sony, LG, Toshiba, Dell, Asus, Lenovo, Karcher və digər dünya şöhrətli brendlərlə əməkdaşlıq edir. Bu da Barkodun məhsul çeşidinin zənginliyini və keyfiyyətini təsdiqləyir.
Barkod olaraq əsas məqsədimiz müştəri məmnuniyyətini ən yüksək səviyyədə təmin etmək, yenilikçi və sərfəli texnoloji həllər təqdim etməkdir. Fiziki mağazalarımız və onlayn platformamız vasitəsilə hər zaman sürətli, etibarlı və müasir xidmət təklif edirik.
Bizimlə birlikdə texnologiyanın ən son yeniliklərini kəşf edin və rahat alış-verişin dadını çıxarın.